SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 263
ATMU tələbələri Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmobda iştirak ediblər

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob baş tutub.

Fləşmobun təşkil olunmasında "Turizm Könüllüləri" Təşkilatının üzvləri və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər.

Belə ki, iştirakçılar pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntünü və “100 il” yazısını nümayiş etdiriblər.

Qeyd edək ki, Fevralın 18-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.

İdman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağ artırmaqdır.

2 gün davam edən yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.