SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 133
ATMU-da Varşava şəhərində baş tutan təlim proqramının yekunlarına dair tədbir

ATMU-da Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar - 3 fevral tarixlərində Varşava şəhərində baş tutan təlim proqramının yekunlarına dair tədbir keçirilib. Tədbirdə Tədris işləri üzrə Prorektor, professor Zaur Bağırov, Karyera və kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU üzrə layihə koordinatoru Səidə Məmmədova, Universitetin professor-müəllim və inzibati heyəti, həmçinin tələbələri iştirak etdilər.

Səidə Məmmədova bildirdi ki, səfər Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olub və əsas məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub. Həmçinin Azərbaycanın 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin iştirak etdiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. S. Məmmədova səfərdə müzakirə olunan əsas tezislər barədə tədbir iştirakçılarını məlumatlandırdı.

Həmçinin, Ali təhsildə Keyfiyyət təminatı üzrə Avropa Assosasiyası (ENQA) və Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin (EQAR) fəaliyyəti barədə ətraflı məlumat verdi.

Tədris işləri üzrə Prorektor, professor Zaur Bağırov öz çıxışında Polşa universitetlərindəki akkreditasiya və monitorinq prosesi, müxtəlif sahələri əhatə edən strateji inkişaf strategiyaları, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi məsələlərin əhəmiyyətini vurğuladı.

O həmçinin EQUIS İnstusional akkreditasiya sistemi, AACSB akkreditasiyası və AMBA akkreditasiyası barədə məlumat verdi və Kominski Universitetinin bu sahədəki təcrübəsini tədbir iştirakçıları ilə bölüşdü.

Görüş zamanı həmçinin ATMU ilə Polşa Universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər verildi.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.