27 dekabr 2022-ci ildə ATMU Elmi Şurasının növbəti icası keçirilmişdir. İclasda ”Qış imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr”, “2022-ci ildə maliyyə, təsərrüfat fəaliyyətinin nəticələri”, 2023-cü ildə bu istiqamətdə qarşıda duran vəzifələr”, 2Beynəlxalq münasibətlər kafedrasının 2021-2022-ci tədris ili və cari dövrə qədər olan hesabatı”,”Keyfiyyət təminatı şöbəsinin illik hesabatı,”ATMU-da məzunlarla iş haqqinda qaydaların təsdiqi”,”Azərbaycan Turizm və Menecment Universitetinin akademik heyətinin təkmilləşdirilməsi prosedurunun təsdiqi”, “Doktorantların mövzularının təsdiqi”, “Müdafiəsindən 3 il keçmiş müəllimlərin dosent əvəzi seçilməsi” haqqında və “Fənlərin mənimsəmə göstəricilərinin təyin edilmə prosedur və formalarının təsdiqi” müzakirə edilmiş, müvafiq qərarlar verilmişdir.