
Hörmətli tələbələr!
Sizləri Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı və İnsan resurları sahəsi üzrə peşəkar mütəxəssis və Azərbaycan Futbol Federasiyasının Peşəkar futbol liqasının İnsan resursları üzrə rəhbəri Aytən Rzayevanın iştirakı ilə "Şəxsi inkişaf və karyera planlaması" adlı təlimə dəvət edirik!
Qeyd edək ki, Aytən Rzayeva hökumət və qeyri hökümət təşkilatlarında, elm və təhsil sahəsində, dövlət qurumunun tabeliyində İnsan Resurslarının İdarə edilməsi üzrə rəhbər vəzifədə çalışıb. Ümumi olaraq 19 ilə yaxın əmək stajına malik olan Aytən xanım10 ildən çox müddətdir ki, İnsan Resursları sahəsində fəaliyyət göstərir.
O, İnsan Resurslarının İdarə edilməsi üzrə milli və xarici təlimlərin, konfransların fəal iştirakçısıdır.
Tarix: 28.02.2023
Saat: 12:00
Məkan: ATMU-nun əsas tədris binası, Otaq 406 (kitabxana)
Təlimin məqsədi: Tələbələrin uğurlu karyera qurulması və karyera strategiyaları ilə bağlı dəyərli məsləhətlər vermək.