06.03.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 228
İndoneziya Respublikasının "Darmasisva” təqaüd proqramı

Hörmətli tələbələr,

2023/2024-cü tədris ili üzrə İndoneziya Respublikasının Höküməti "Darmasisva” təqaüd proqramını təklif edir.

“Darmasisva” təqaüd proqramına müariət etmək istəyən tələbələr üçün şərtlər aşağıda qeyd olunmuşdur:

•Orta təhsilli və ya ona ekvivalent olan təhsil müəssisəsini bitirmiş;

•Minimum yaş həddi 18 və ya 27 yaşdan yuxarı olmayan;

•İngilis dilində ünsiyyət qurmağı bacaran (İngilis Dili sertifikatı ilə təsdiqlənmiş: TOEFL/TOEIC/IELTS və ya mövcud olan digər sertifikat);

•Tibbi arayış (sağlamlıq haqqında);

•Tətbiq olunan sahə üzrə ümumi biliyə sahib olan;

•Dil, incəsənət və mədəniyyət öryənməyə marağı olan;

•Darmasisva məzunu olaraq qeydiyyata alınmamış;

•Hal-hazırda İndoneziyada təhsil almayan;

•Hal-hazırda İndoneziyada işləməyən.

Təqaüd proqramına müraciət uyğun tələb olunan sənədlər aşağıdakı kimidir:

•Tərcümeyi-hal/CV;

•Tibbi arayış;

•Müraciət tarixindən en azı 18 ay ərzində etibarlı olan pasport;

•Təhsil müəssisəsinin rəsmi, imzalı tövsiyə məktubu (ingilis dilində);

•Sonuncu təhsil sənədi və sertifikatlar;

•Dil sertifikatı;

•Müraciət etdiyiniz sahə ilə bağlı digər sertifikatlar (əgər varsa);

•Rəngli pasport fotoşəkli;

•Təhsil almağın məqsədi haqqında inşa (ingilis və ya indoneziya dilində, en çoxu 500 sözden ibarət);

•Tam bədəni göstərəcək, proqrama qoşulma motivasiyasından və proqramı bitirdikdən sonra İndoneziya mədəniyyətinin elçisi olaraq nə kimi işlər görüləcəyi barədə video (video ingilis və ya indoneziya dilində 2 dəqiqədən artıq olmamalıdır).

Ətraflı məlumat: https://darmasiswa.kemdikbud.go.id/

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.