
Universitetdə “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunan maarifləndirmə tədbiri keçiilib. “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu”mövzusuna həsr olunan tədbirdə ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru, Fövqəladə hallar üzrə komissiyasının sədri, professor İranə Əliyeva günün yaranma tarixinə aydınlıq gətirib. “ Ümumdünya Mülki Müdafiə Günü”nün bütün qitələrdə qeyd olunduğunu bildirib.
Tədbirə qatılan Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, mayor Rəfael Məhərrəmov, şöbənin baş məsləhətçisi Pərvanə Nəsirova, kapitan Ümid Kəimov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin idarə rəisi,polkovnik Yolçu Yolçuyev, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat Şöbəsinin əməkdaşı mayor Fərid Həsənov və 1 saylı TTYS-ı həkimlərinin gündəmlə bağlı çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib. “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunan tədbir Nərimanov rayon Yanğından Mühafizə idarəsi əməkdaşlarının döyüş açılışı və yanğının əyani şəkildə söndürülməsi çərçivəsində başa çatıb.