SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.03.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 45
ATMU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin karyerada rolu” adlı tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Dayanıqlı İnkişaf Məqsədlərinin karyerada rolu" mövzusunda infosessiya keçirilib.Universitetin Karyera və Kommunikasiya şöbəsi tərəfindən təşkil olunan tədbirə AIESEC Azərbaycan təşkilatının səlahiyyətli nümayəndələri qatılıblar. Gündəliyə əsasən təlimçilər öncə təşkilatın əsas məqsədi, AIESEC-in mübadilə proqramları, DİM-lərin əhəmiyyəti, DİM üzrə karyeranın qurulması, turizm sahəsi, davamlı turizm, kiçik vörkşop və s.məsələlərə aydınlıq gətiriblər. Tələbələrin diqqətinə çatdırılıb ki, müxtəlif beynəlxalq layihələrdə iştirak liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları üzrə bacarıqların üzə çıxarılması deməkdir. AIESEC Azərbaycan gənclər təşkilatının Daxili layihələr üzrə direktoru İnara Məmmədzadə, Marketinq menecerləri Mehdi Əflaki, Nərmin Dibirova, Səbinə Yusubova və adıkeçən təşkilatın məzunu Günel Qasımlının təqdimatında, eyni zamanda AİESEC Azərbaycan təşkilatı, “Global Volunteer”, “Global Talent” , “Global Teacher”, “Global HOST” və s. proqramlar və tərəfdaş ölkələrdən bəhs olunub. Sual-cavab şəklində keçən təlimin gedişatında vörkşopun təşkili ilə bərabər, mövcud proqramlara qeydiyyat aparılıb.