SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.03.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 309
ATMU-da Stokholm şəhərində baş tutan təlim proqramının yekunlarına dair tədbir

ATMU-da Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 27 fevral – 3 mart tarixlərində İsveç Krallığının Stokholm şəhərində baş tutan “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı təlim proqramının yekunlarına dair tədbir keçirildi. Təlim proqramında ATMU-nu təmsil edən Rektor İlham Mədətov və Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli tədbirdə çıxış edərək iştirakçılarla ətraflı fikir mübadiləsi apardılar.

Rektor İlham Mədətov çıxışında səfərin məqsədinin Ali təhsil müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olduğunu qeyd etdi. O, İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri haqqında çıxış etdi. İ. Mədətəov, həmçinin ECAR layihəsinin əhəmiyyəti, layihə çərçivəsində pilot olaraq yaradılmış Elmi işlər üzrə komitənin fəaliyyəti barədə də iştirakçıları məlumatlandırdı.

Tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, İsveçdə doktorantura təhsilinin əsas xüsusiyyətləri, doktorantların işə qəbulu kimi məsələlərə toxunan Nəsirulla Nəsirli Azərbaycandakı tədqiqat fəaliyyəti ilə İsveçdəki təqdiqat fəaliyyətini müqayisəli şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.