SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
16.03.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 40
ATMU-da «Future Hospitality Leaders» tədbiri keçirildi

15 mart 2023-cü il tarixində Azərbaycan Hotel Assosiasiyası (AHA) növbəti «Future Hospitality Leaders» tədbirini Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirmişdir.

AHA və ATMU-nun birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi universitet tələbələrinin qonaqpərvərlik barədə biliklərini daha da dərinləşdirməkdir.

Tədbirdə çıxış edən Hilton Baku hotelinin baş meneceri Aykut Korkmaz, Courtyard by Marriott Baku hotelinin baş meneceri Eldar Əlimuradov, Fairmont Baku, Flame Towers hotelinin baş meneceri George Ganchev və PMD Hospitality şirkətinin Əməliyyatlar üzrə Baş Direktoru Georges Ubbelohde öz karyera yolları və uğur hekayələrini bölüşdülər. Tədbir AHA-nın icraçı direktoru Günay Sağlam və universitetin tələbə nümayəndəsinin moderatorluğu ilə davam etdirilmişdir.

Sual-cavab sessiyasından sonra tələbələr arasında müsabiqə keçirildi və qalib olan 7 tələbəyə növbəti günlərdə Baş Menecerlərlə təkbətək görüşmək şansı verildi.