Hörmətli həmkarlar!
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Turizm və Menecment Universiteti 26 may 2023-cü il tarixində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda V Beynəlxalq Elmi-Praktik Konfransı keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə effektiv idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Heydər Əliyev və Azərbaycanda idarəçilik irsi;
- Dövlət siyasətində idarəetmənin yeri və rolu;
- Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlərin rolu;
- Sosial və xidmət sahələrinin idarə edilməsində mövcud problemlər və onların həlli yolları;
- Korporativ idarəetmə və biznesin idarə edilməsi;
- İdarəetmədə hüquq problemləri.
Konfransda iştirak etmək üçün müəllif haqqında aşağıda göstərilən məlumatların da təşkilat komitəsinə göndərilməsi mütləqdir:
- Adı,soyadı,ata adı
- Elmi dərəcəsi
- İş yeri, vəzifəsi
- Poçt ünvanı (iş və ev)
- Telefon, faks ( şəhər kodu göstərilməklə)
- Elektron ünvan
- Məruzənin mövzusu
Məqalələrin tərtib olunma qaydaları:
Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla konfransın işçi dillərindən hər hansı birində (azərbaycan, türk, ingilis və rus) təqdim olunmalıdır. Xülasə (60-80 söz) və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir.
İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir [6,s.109].
Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.
Konfransın işçi dilləri: azərbaycan, türk, ingilis, rus.
Məqalə 10.05.2023-cü il tarixinədək science.atmu@atmu.edu.az elektron ünvanına göndərilməlidir.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetininsaytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)
Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)
Bakı, Koroğlu Rəhimov 822/23
TƏŞKİLAT KOMİTƏSİ
Azərbaycanca