"HR Talks": LinkedIn profilinin qurulması və əhəmiyyəti
25.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 255
"HR Talks": LinkedIn profilinin qurulması və əhəmiyyəti

Dəyərli tələbə və məzunlarımızın diqqətinə,

ATMU Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) rəsmi dəstəyi ilə "HR Talks" layihəsinə start verilir. "HR Talks" layihəsi çərçivəsində sentyabr-oktyabr ayları boyunca bir sıra mövzularda müxtəlif aparıcı şirkətlərin və qabaqcıl istehsalat müəssisələrinin "İnsan Resursları" üzrə çalışan mütəxəssislərinin sizlərlə görüşlərini təşkil edəcəyik.

Layihənin birinci qonağı "LinkedIn influencer" və Şəxsi brend mütəxəssisi Kamal Mahmudov LinkedIn hesabı açarkən diqqət edilməli olan nüanslar və ümumilikdə bu platformanın şəxsi və professional karyerada əhəmiyyəti barədə danışacaq. 

Görüş onlayn şəkildə "Zoom meetings" tətbiqi üzərindən 28 Avqust saat 20:00-da həyata keçiriləcəkdir.  Görüş linki - yalnız qeydiyyatdan keçən iştirakçılara göndəriləcək. 

Qeydiyyat üçün son tarix: 27 avqust, saat 19:00

Qeydiyyat: https://rb.gy/scjkrd

Əlavə suallarınız olarsa, a.bayramova@atmu.edu.az ünvanına yaza bilərsiniz.