SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.03.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 210
"Tələbə və məzunlarla iş üzrə komitə"sinin növbəti görüşü keçirilib

 

17 mart 2023-cü il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)" adlı Erasmus+ layihəsi çərçivəsində təsis edilmiş "Tələbə və məzunlarla iş üzrə komitə"nin hibrid formatda iclası keçirilib. 20-yə yaxın ali təhsil müəssisəsindən məsul şəxslərin iştirakı ilə keçirilən iclasda Komitənin Əsasnaməsinin yekun rəy verilməklə qəbul edilməsi, Komitənin fəaliyyət planının təsdiq edilməsi, ali təhsil müəssisələri arasında keçiriləcək sorğunun məzmunun dəqiqləşdirilməsi, Komitənin fəaliyyət istiqamətlərinə uyğun layihələr barədə təkliflərin qiymətləndirilməsi kimi məsələlər əhatə olunub.