Əziz tələbə və məzunlar!
11 aprel 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Regional Məşğulluq filialı ilə birgə məzun və tələbələr üçün Əmək yarmarkasının təşkil olunacaq. Yarmarkada müxtəlif ixtisaslar üzrə vakansiyalar sizlərə təqdim olunacaq. Əgər yarmarkada iştirak edib, uyğun iş və təcrübə imkanlarından yararlanmaq istəyirsinizsə bu fürsət sizin üçün yaradılıb!
İştirak üçün aşağıdakı suallara cavab verərək, qeydiyyatdan keçməyinizi Sizdən xahiş edirik!
https://forms.office.com/r/ce4vkX8Apm
Tarix: 11.04.2023
Saat: 10:00-13:00
Məkan: ATMU-nun II tədris binası, Cəfər Xəndan küçəsi 17 (Zirvə şadlıq sarayının yanı)
Azərbaycanca