Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin akademik nailiyyətlərinin artırılması, onlarda müsbət davranış modelinin formalaşdırılması, təhsil müəssisəsində təhlükəsiz və sağlam mühitin yaradılması, təhsilalanların mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi və ailə-təhsil müəssisəsi münasibətlərinin tənzimlənməsi məqsədilə “Psixoloji xidmət” yaradılıb.
Psixoloq: Nuranə Əhmədova
İş saatları: I-V günlər, saat 09:00-13:00
Psixoloqa müraciət etmək istəyən şəxslər (təhsilalanlar, inzibati və akademik heyət) qeyd olunan +994515593667 nömrə ilə əlaqə saxlaya bilər və ya n.ahmadova@atmu.edu.az e-mail ünvanına yaza bilərlər.
Qeyd: Psixoloqa müraciət edən şəxslərlə aparılan işlərdə psixologiyanın etik qaydalarına riayət ediləcək və anonimliyə xüsusi diqqət yetiriləcək.
Azərbaycanca