SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 285
Azərbaycan Turizm və Menecment Universitetində“Əmək Yarmarkası” keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Agentliyin və Universitetin rəhbər şəxsləri,o cümlədən əməkdaşları iştirak ediblər. ATMU-nun rektoru İlham Mədətov və adıkeçən filialın müdiri Müseyib Əliyev çıxış edərək gənclər və digər iştirakçılarla əmək bazarının tələbləri və çağırışları barədə fikirlərini bölüşüblər. Əmək Yarmarkasında 30-a yaxın müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əməkhaqqı 345-1200 manat) 300-dən çox vakansiya işaxtaran vətəndaşalara təqdim olunub.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Əlavə olaraq, tədbir iştrakçılarına Agentliyin fəaliyyət istiqamətləri və xidmətlərindən olan peşə hazırlığı kursları, peşəyönümü məsləhətlər və işəgötürənlərə maraqlı olan layihələr və digər aktiv məşğulluq tədbirləri barədə ətarflı məlumat verilib,həmçinin müvafiq xidmət göstərilib.