Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının təşəbbüsü, eləcə də Karyera və kommunikasiya və Keyfiyyət təminatı şöbələrinin birgə təşkilatçılığı ilə “Peşəkar kadrların hazırlanmasında hotel sənayesinin gözləntiləri” mövzusunda fokus qruplar üzrə müzakirələr keçirilmişdir.
İki gün ərzində təşkil olunmuş görüşlərdə bir qrup hotel sənayesi nümayəndələri iştirak etmişdir. Müzakirələrdə paytaxt və bölgələrdən beynəlxalq və yerli hotel təmsilçiləri, həmçinin "DAİR" Hotellər və Restoranlar Assosiasiyası olmaqla 19 hotel sənaye nümayəndəsi iştirak etmişdir. Müzakirələr İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış XXI əsrin bacarıqları əsasında qurulmuşdur. Onlayn qaydada baş tutmuş görüşlər zamanı ATMU tərəfindən hazırlanmış “Turizm işinin təşkili” ixtisası üzrə təhsil proqramı da fokus qrup iştirakçılarına təqdim olunub, proqram üzrə təlim-tədris-öyrənmə prosesinin təkmilləşdirilməsi ilə əlaqədar iştirakçıların fikirləri dinlənilmişdir.