"Restart": Yaradıcılıq/Startup
28.08.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 253
"Restart": Yaradıcılıq/Startup

Əziz tələbə və məzunlar,

#ReStart təliminin 7-ci Modulunda yaradıcılıq və onun biznes mühitinə tətbiqindən danışılacaq. Startup düşüncə tərzinin formalaşması və reallaşdırması mövzusunda bizimlə öz təcrübəsini peşəkar qonağımız SUP startup mərkəzinin icraçı direktoru Vüsal Kərimli bölüşəcək.

ReStart təlimləri Hospitality Insights, Azərbaycan Turizm ve Menecment Universiteti, UNEC / Karyera Mərkəzi, UNEC-in Zaqatala filialı və Azərbaycan Texnologiya Universiteti UTECA-nın əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.

Xatırladaq ki, “#ReStart” təlimi tam ödənişsizdir və iştirakçılara sertifikat bütün modular bitdikdən sonra veriləcək. Bütün təlimlərimiz Zoom proqram təminatı üzərindən keçiriləcək. Yerlərə məhdudiyyət olduğundan qeydiyyatdan keçib yerinizi rezerv etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz. Formu dolduranlara Zoom link göndəriləcəkdir. Sertifikat təlimə zoom proqramı üzərindən qatılanlara veriləcək.

Qeydiyyat üçün aşağıdakı linkdən keçid edə bilərsiniz.

https://us02web.zoom.us/meeting/register/tZcodOmsrT8qGtK0VPWLg8RjzB3K-SW6-kNB

Qeydiyyat üçün son tarix : 29 avqust, saat 18:00