SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
20.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 231
ATMU-da ECAR layihəsi çərçivəsində Litva səfəri ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində 13-17 mart tarixlərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşı olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə baş tutan səfərlə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov səfərin Mykolas Romeris Universitetinin (MRU) ev sahibliyi ilə keçirildiyi iştirakçıların diqqətinə çatdırıldı.

Çıxışında B. Bilalov qeyd etdi ki, səfərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi, 20-yə yaxın Azərbaycan ali təhsil müəssisəsindən rektorlar, prorektorlar və digər məsul şəxslər iştirak ediblər. O, MRU ilə tanışlıq, Litvada ali təhsil sistemi, akkreditasiya qaydaları, qiymətlərin miqyası və akkreditasiya nəticələri, MRU-da daxili keyfiyyət təminatı sistemi, tələbə yönümlü təhsil məsələlərindən detallı söz açdı. MRU-nun akademik heyətin idarə edilməsi, qiymətləndirilməsi, mükafatlandırılması və müəllim heyətinin sertifikatlaşdırılması siyasəti, o cümlədən Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin fəaliyyət rolunu dəyərləndirdi. Litva və Azərbaycan ali təhsil sistemini müqayisəli təhlil etdi.

Tədbirin sonunda universitetin professor-müəllim və inzibati heyəti üzvlərinin sualları çıxışçı tərəfindən ətraflı cavablandırıldı.