SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 267
ATMU nümayəndələri IMC Krems Universitetində olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri – Beynəlxalq əlaqələr şöbəsinin Azərbaycan Avstriya Turizm Proqramı (AATP) üzrə proqram koordinatoru Aytac Babayeva, adıçəkilən strukturun mütəxəssisi İranə Axundova və Keyfiyyət təminatı şöbəsinin Monitorinq və audit bölməsinin rəhbəri Sara Bağırlı Avstriya Respublikasının Krems şəhərində IMC Krems Universitetində Erasmus+ layihəsi çərçivəsində keçirilən “International Staff Week” həftəsinin iştirakçısı olublar. Sözügedən təlimə Azərbaycandan başqa, Avropa ölkələri və tərəfdaş universitetlərin nümayəndələri də qatılıblar. “IMC International Staff Week” layihəsinin gündəliyinə əsasən müxtəlif ölkə və tərəfdaş universitetlərin nümayəndələri arasında bilik və təcrübə mübadiləsi təşkil edilib. Ali təhsil sisteminin keyfiyyətli idarəolunması mövzusu diqqətdə saxlanılıb. Təlimin gedişatında IMC Krems universitetinin akademik direktoru, pedaqoji heyət və departament rəhbərləri tərəfindən “Ali təhsildə didaktika”, “Bakalavr və magistr işlərinə rəhbərlik və qiymətləndirmə”, “Tədqiqat işinin aparılması”, “AACSB-Akkreditasiya”, “Mübadilə proqramı çərçivəsində qəbul proseduru” kimi mövzulardan bəhs olunub. İnteraktiv təlim zamanı isə digər universitet nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.Təlim iştirakçıları üçün mədəni turizm istiqamətli ekskursiyalar təşkil olunub.

Təlimin sonunda universitetin icraçı direktoru Prof. Dr. Karl Ennsfellner tərəfindən “İnternational Staff Week” həftəsi iştirakçılarına sertifikat təqdim edilib. .

Qeyd edək ki, ATMU IMC Krems Universiteti ilə 16 ildir ki, Azərbaycan Avstriya Turizm Proqramı (AATP) üzrə ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir.