SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.04.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 261
Tələbəmizi təbrik edirik

1 aprel 2023–сü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “Ərazilərin rəqabətqabiliyyətliliyi” mövzusunda Beynəlxalq Müsabiqənin I mərhələsi keçirilib.

Tədbirə ölkə universitetlərindən tələbələr, magistrantlar, doktorantlar və gənc professor-müəllim heyəti də qatılıb.

Adıçəkilən Beynəlxalq Müsabiqənin final mərhələsinə vəsiqə qazanan iştirakçılardan biri -Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin II kurs tələbəsi Luiza Timurovna Maysuradzedir.

Tələbəmizi təbrik edir, gələcək təhsil həyatında və peşəkar fəaliyyətində uğurlar arzulayırıq!