
Hörmətli tələbələr!
ATMU və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Sizlərə əla təklifi var!
Universitetimizdə Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən sizlər üçün canlı şəkildə fərdi konsultasiya təşkil olunacaq.
Mövzular aşağıdakılardır:
- Düzgün Karyera planlaması;
- Əmək bazarının tələbləri və araşdırılması;
- İş axtarışı;
- Rezüme və istək məktubun hazırlanması;
- Müsahibəyə hazırlıq.
Bir konsultasiyanın müddəti 30-40 dəqiqə arasında davam edəcək.
Tarix: 05.05.2023
Saat: 10:00-17:00
Otaq: ATMU-nun I tədris binası, otaq 205
Qeyd: Konsultasiyada iştirak üçün öncədən qeydiyyatdan keçmək mütləqdir!
Qeydiyyat linki: https://forms.office.com/r/YaUTN6ACFp
Son qeydiyyat tarixi: 03.05.2023