SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 303
ATMU nümayəndəsi Özbəkistanda keçirilən beynəlxalq tədbirdə

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov Özbəkistan Respublikasının “İpək yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universiteti tərəfindən Səmərqənd şəhərində təşkil olunan “İnsanlar və Planet üçün qastronomik turizm konqresi: innovasiya, güc və mühafizə” adlı beynəlxalq tədbirin iştirakçısı olub. “Azərbaycanda qastronomik turizmin inkişafı” mövzusundakı məruzəsində adıçəkilən istiqamətin dünyaya tanıdılması məsələsinə aydınlıq gətirib. H.Hüseynov qastronomik turizmə dair sualları cavablandırmaqla bərabər,eyni zamanda xarici turistlər üçün nəzərdə tutulan menyuya türkdilli ölkələrə məxsus çeşidlı kulinariya məhsulu adlarının daxil edilməsinin zəruriliyindən danışıb.