11.05.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 168
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil

Əziz I kurs tələbələri,

Avstriya-Azərbaycan Beynəlxalq Turizm Təhsil Proqramı “AATP COHORT 2023” qrupu üzrə yeni qəbul açıq elan edilir. Proqrama müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

· Şəxsiyyət vəsiqəsi və yaxud Xarici pasport surəti;

· 2 ədəd 3x4 ölçülü şəkil (son 2 ayda çəkilmiş);

· Europass formatında CV;

· Məktəb attestatı və ingilis dilinə tərcümə və notarial təsdiqi (ATMU-nun Qeydiyyat bölməsindən əldə edə bilərsiniz);

· Akademik Transkript və ingilis dilinə tərcüməsi (ATMU-da təhsil aldığınız müvafiq Dekanlıqdan əldə edə bilərsiniz);

· Motivasiya məktubu;

· Esse (təqdim olunmuş mövzular əsasında);

· Minimum 5.5 IELTS göstəricisi.

İkili Diplom Proqramında təhsil almanın üstünlükləri

· Ölkəni tərk etmədən ATMU-da təhsil alaraq iki bakalavr diploma sahib olmaq imkanı;

· Tədrisin tam olaraq ingilis dilində təşkili;

· Dərslərin əksəriyyətinin əcnəbi müəllimlər tərəfindən tədrisi;

· Beynəlxalq turizm sənayesində iş imkanları;

· Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;

· Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;

· Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı.

Qeyd: Turizm İşinin Təşkili ixtisasında (TİTİ) təhsil alan tələbələr istisna olmaqla, digər ixtisaslar üzrə müraciətlər olduğu təqdirdə, fərqli kurrikulumların dərs yükləri nəzərə alınaraq müraciət edən tələbələrdən Razılıq Ərizəsi alınacaqdır.

Proqrama müraciət üçün son tarix: 31.06.2023

Sənədlərin elektron versiyasını a.babayeva@atmu.edu.az e-mail ünvanına göndərə bilər və yaxud Beynəlxalq Əlaqələr şöbəsinə (201) təhvil verə bilərsiniz.