"HR Talks": Karyera fürsətləri
07.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 242
"HR Talks": Karyera fürsətləri

ATMU tələbə və məzunların nəzərinə,

ATMU "Karyera və Kommunikasiya" şöbəsinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) rəsmi dəstəyi ilə "HR Talks" layihəsinin üçüncü görüşünün qonağı Azersun Holdinqin İnsan resursları şöbəsinin əməkdaşları Orxan İsgəndərov və Camal Nağıyev olacaq. "Azersun Holdinqdə Karyera fürsətləri və işə qəbul prosesi" təqdimatında qonaqlarımız sizlərə mövcud vakansiyalar və onlara necə müraciət etməyiniz barədə məlumat verəcəklər. Bundan başqa, Azersun Holdinqdə işə qəbul prosesində önəmli olan məsələlərdən danışacaqlar.

Qeydiyyat 11 Sentyabr saat 11:00-a qədər davam edəcəkdir.

Görüş onlayn şəkildə "Zoom meetings" tətbiqi üzərindən 12 Sentyabr 12:00-da başlayacaqdır.

(İki saat keçirilməsi nəzərdə tutulmuşdur.)

Qeydiyyat üçün link: https://rb.gy/ywsveu

Görüş linki - yalnız qeydiyyatdan keçən iştirakçılara göndəriləcək.