SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
24.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 303
Əməkdaşlarımız ”Səhərçağı” verilişində

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova 23 May 2023-cü il tarixdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ”Mədəniyyət” kanalında yayınlanan “Səhərçağı” verilişində qonaq olublar. S.Məmmədova və İ.Axundova ATMU-nun fəaliyyət strategiyası, tələbə və məzunların karyera imkanları, əmək bazarının tələblərinə cavab verən peşəkar kadr hazırlığının və istehsalat təcrübəsinin düzgün təşkili məsələləri  ilə bərabər, beynəlmilləşmə istiqaməti, İkili diplom proqramları və Beynəlxalq konfrans və tədbirlərdə iştirak mexanizmi haqqında detallı bəhs ediblər.

Verilişi qeyd olunan hiperkeçiddən izləyə bilərsiniz: https://youtu.be/9s1ihYVyyqI