SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 31
ATMU-nun baş müəllimi İspaniyanın Valladolid Universitetində mühazirə oxuyub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa Birliyinin” Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Seqoviya şəhərindəki Valladolid Universitetinin tələbələrinə “Hotel biznesi”, Hotellərin növləri və tipləri” və “Dünyanın ən qeyri-adı hotelləri” mövzularında mühazirə oxuyub. Akademik heyətin mobilliyi həftəsində ATMU-nun baş müəllimi Azərbaycan turizmi və hotel biznesinin hazırki vəziyyəti, müxtəlif ölkələrin hotel sənayesi, göstərilən xidmətlərə dair fikir mübadiləsinin təşkili,o cümlədən Valladolid Universitetinin müvafiq ixtisas tələbələri üçün nəzərdə tutulan qeyri-adi hotellərlə bağlı praktiki təqdimatın hazırlanması prosesinə rəhbərlik edib.

Akademik heyətin mobilliyi həftəsinin sonunda ATMU-nun baş müəllimi Firuzə Raşova İspaniya Krallığının Valladolid Universiteti tərəfindən sertifikatla mükafatlandırılıb.