SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
30.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 267
ATMU-nun təbliğat-təşviqat qrupu Bakının və regionların orta ümumtəhsil məktəblərində

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif rayon, qəsəbə,o cümlədən regionlar üzrə orta ümumtəhsil məktəblərində ATMU əməkdaşlarından ibarət yaradılan 9 təbliğat-təşviqat qrupunun məqsədli görüşü faydalı olub. Görüş çərçivəsində akademik və inzibati heyət üzvləri Azərbaycan Turizm və Menecment Universitetində tələbələrə yaradılan şərait,turizm təhsilinin üstünlükləri və perspektivi kimi məsələlərə aydınlıq gətiriblər. Onlar eyni zamanda tələbəlik dönəmindən iş imkanı,ikili diplom proqramı və qaydaları,xaricdə təhsil,ölkəiçi və xaricdə təcrübəkeçmə şansı, qəbul qrupları, keçid balları,ixtisaslar,təhsil haqqı,universitetdə tədris olunan dillər və s.sualları ətraflı cavablandırıblar. İxtisas seçimində çətinlik çəkən abituriyentlərə isə dəyərli məsləhətlər veriblər.

Qeyd edək ki, təbliğat- təşviqat qrupu nəzərdə tutulan müddətdə Bakı üzrə 28 orta ixtisas məktəbində,o cümlədən İsmayıllı rayonu üzrə 8 orta ümumtəhsil məktəbində təqdimat keçiriblər. ATMU əməkdaşları Mingəçevir Turizm Kollecində təhsil alan subbakalavrlarla görüşdə universitetin təhsil imkanlarından bəhs ediblər.