SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 199
Venesuela Bolivar Respublikasının səfiri ATMU-da

Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Christopher Alberto Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. Rektor İlham Mədətov cənab səfirlə görüşündə ATMU-da tədris prosesinin təşkili, fakültə və ixtisasların turizm sənayesində rolu, eləcə də universitetin beynəlxalq əlaqələrin inkişafını şərtləndirən prioritet məsələlərdən danışıb.Səmimi qarşılandığından məmnunluğunu bildirən böyük elçi iki ölkə arasında mövcud,eyni zamanda mümkün əməkdaşlıq imkanlarının bundan sonrada faydalı olacağına əminliyini bildirib. Qərara alınıb ki, yaxın zamanlarda Venesuela Bolivar Respublikasının müvafiq ali təhsil müəssisələri ilə ATMU arasında ilk onlayn görüş keçirilsin. Cənab səfirin növbəti tədris semestri ərzində turizm ixtisası üzrə təhsil alan tələbələrlə görüşü təşkil edilsin