
Hörmətli tələbələr,
PICASP layihəsi çərçivəsində tələbələr üçün “Marketinq” üzrə təlim kursu keçiriləcək. Təlim kursu 30 saat hibrid qaydada təşkil olunacaq.
Kurs müddətində aşağıda qeyd olunan fəaliyyətlər icra ediləcək:
a. Marketinq tədqiqatının aparılması
b. Yeni marketinq strategiyasının planlaşdırılması
c. Təbliğat kampaniyalarının yaradılması
d. Təbliğat materiallarının hazırlanması
e. Demo veb saytının yaradılması
Təlim kursunda iştirak üçün tələblər:
- Dil biliyi (İngilis dili)
- Yaradıcılıq
- Punktuallıq
- Komanda ilə işləmək bacarığı
İştirak etmək istəyən tələbələr qeyd olunan qeydiyyat formunu doldurmaları xahiş olunur.
Qeydiyyat linki: https://forms.office.com/r/wwBrs6L4a7
Müraciət üçün son tarix: 10.06.2023
Layihənin sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqlar, həmçinin hazırladıqları materiallar üçün sərginin təşkil olunması planlaşdırılır.
Əlavə suallarınız olarsa, samira.amirova@atmu.edu.az e-mail ünvanına müraciət edə bilərsiniz.