SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.06.2023
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 282
“Tortların istehsal texnologiyası” mövzusunda laboratoriya dərsi keçirilib

Qənnadı məmulatlarının keyfiyyətini formalaşdıran amillər yüksək qidalılıq dəyərinə malik unlu və qənnadı məmulatları insanların sağlam yaşayış tərzinin dinamik inkişafında qida rasionunda geniş formada istifadə olunur. Unlu və qənnadı məmulatlarının hər birinin tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasında biri digərindən fərqlənir.

18 may 2023-cü il tarixində göstərilən fənn üzrə “Tortların istehsal texnologiyası” mövzusunun canlı şəkildə tələbələr tərəfindən hazırlanmış tortun laboratoriya şəraitində dequstasiyası həyata keçirilmişdir. Bu zaman tortun qablaşdırılması, daşınma zamanı sanitar-gigiyenik qaydaların gözlənilməsi, onun keyfiyyətli saxlanması (xüsusən nisbi nəmlik və temperatur nəzərə alınmaqla), istehsal zamanı texniki vasitələrdən istifadə etmək və s.bacarığına malik olmuşlar.