SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 295
Elmi Şuranın iclası keçirilib

Elmi şuranın mayın 31-də keçirilən iclasının gündəliyinə “Yay imtahan sessiyasına hazırlığın vəziyyəti”, “Tələbələrin təcrübəsinin təşkili”, “ATMU-da tutorların fəaliyyətinin səmərəliliyinin artırılması”, “ATMU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi”,fakültə dekanlarının ilin yekunu ilə bağlı məlumatı daxil idi. ATMU-nun qiyabi doktorantı (İxtisas : "Slavyan dilləri" 5707.01.) Kazımova Təranə Mütəllim qızının yeni elmi rəhbərinin Əlaqələndirmə Şurasına tövsiyə edilməsi (Əvvəlki elmi rəhbər-Məmmədli Aslan Məmmədəli oğlunun vəfatı səbəbindən yeni elmi rəhbər-BDU, fil.e.dok.,prof. Cəfərov Mikayıl Məhəmməd oğlu adıçəkilən quruma tövsiyyə edilib ), İSO auditinin nəticələrinin müzakirəsi cari məsələnin predmeti idi.

Yuxarıda qeyd olunan məruzə və hesabatla ATMU-nun Təhsildə qiymətləndirmə şöbəsinin müdiri Fərid Cabbarlı, Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova,Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa,Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova və fakültə dekanları çıxış ediblər. Məruzələr və adıçəkilən struktur rəhbərlərinin hesabatları Elmi şura üzvlərinin təklifləri nəzərə alınmaqla qəbul olunub.