Hörmətli tələbələr,
PICASP layihəsi çərçivəsində tələbələr üçün “Turizm şirkəti” üzrə təlim kursu keçiriləcək. Təlim kursu 30 saat hibrid qaydada təşkil olunacaq.
Kurs müddətində aşağıda qeyd olunan fəaliyyətlər icra ediləcək:
a. Turizm məhsulunun yaradılması
b. Turizm məhsulunun satışının həyata keçirilməsi
c. Ekskursiyaların təşkili
d. Təbliğat materiallarının hazırlanması
e. Demo veb saytının yaradılması
Təlim kursunda iştirak üçün tələblər:
Dil biliyi (Azərbaycan dili)
Yaradıcılıq
Punktuallıq
Komanda ilə işləmək bacarığı
İştirak etmək istəyən tələbələr qeyd olunan qeydiyyat formunu doldurmaları xahiş olunur.
Qeydiyyat linki: https://forms.office.com/r/RFZtJD3934
Son müraciət tarixi: 15.06.2023
Layihənin sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqlar, həmçinin hazırladıqları materiallar üçün sərginin təşkil olunması planlaşdırılır.
Əlavə suallarınız olarsa, g.asgarli@atmu.edu.az e-mail ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanca