SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.06.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 325
ATMU-nun əməkdaşı İspaniyada keçirilən Beynəlxalq heyət həftəsində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova “Erasmus+” layihəsi çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti tərəfindən keçirilən VIII Beynəlxalq heyət həftəsində iştirak edib. 18 ölkədən 30 nümayəndənin qatıldığı tədbirdə adıçəkilən təhsil ocağının Beynəlxalq əlaqələr departamentinin direktoru Mar Fernandez Sainzın təqdimatında beynəlmilləşmənin qurulması və inkişaf etdirilməsi mövzusundan bəhs olunub. “2022-2026-ci il beynəlmilləşmə strategiyası”nda beynəlxalq əməkdaşlığın əsas prinsipləri və davamlılığı istiqamətini şərtləndirən praktiki və interaktiv təlim isə “Erasmus+” proqramının koordinatoru Miguel Angel Nuevo Perez tərəfindən aparılıb. Beynəlxalq heyət həftəsində mədəniyyətlərarası dialoqların qurulması, universitetlərin akademik göstəricilərinin yaxşılaşdırıması, beynəlmiləlləşmə siyasəti və rəqəmsallaşdırma məsələləri isə gündəmin əsas mövzusu sayılıb. Mövcud təklif, şans və çətinliklər ətrafında aparılan ciddi fikir mübadiləsi faydalı olub.Səfər çərçivəsində Valladolid Univresitetinin Segovia şəhərindəki kampusa, Ümumdünya İrs siyahısına daxil edilən Su kəməri və mədəni-tarixi abidələrə ekskursiyalar təşkil edilib.

Beşgünlük təlimin sonunda ATMU-nun əməkdaşı İranə Axundova sertifikatla mükafatlandırılıb.