SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.06.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 306
ADA və ATMU tələbələri “Qlobal Liderlik:problemlər və imkanlar”adlı ustad dərsində

Birləşmiş Krallıqda fəaliyyət göstərən Koventri Universitetinin nümayəndələri –professor Maykl Hardi və Riçard Deşvud Azərbaycan Turizm və Menecment Universitetində qonaq olublar. ATMU-nun rektoru İlham Mədətov, Tədris işləri üzrə prorektor Zaur Bağırov, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musanın iştirakı ilə keçirilən ikitərəfli görüşdə ATMU-nun yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələrin inkişaf tendensiyasından, eyni zamanda məzunların uğurlu kareraqurma məsələlərindən danışılıb. Söhbət əsnasında universitetlərarası əməkdaşlıq imkanları bir daha nəzərdən keçirilib. Beynəlxalq təhsil proqramları çərçivəsində müəllim və tələbə mübadiləsinin səmərəli olacağına inam ifadə edilib.

Birləşmiş Krallığın Koventri universitetinin professoru, Azərbaycan Turizm və Menecment Universitetinin fəxri doktoru Maykl Hardinin təqdimatında keçirilən “Qlobal Liderlik: problemlər və imkanlar” adlı ustad dərsinə ADA və ATMU tələbələri qatılıb.