Hörmətli tələbələr,
ATMU növbəti ikili diplom proqramına qoşulmuşdur.
Azərbaycan Turizm və Menecment Universiteti ilə Eskişehir Osmangazi Universiteti arasında Turizm işi ixtisası üzrə qurulmuş ikili diplom proqramına qəbul başlamışdır.
İştirak üçün tələblər:
-Turizm işinin təşkili ixtisası üzrə I kurs bakalavr tələbəsi;
-Türk Dili Sertifikatı – C1 səviyyəsi
Sertifikat əldə etmək üçün imtahan 5 avqust 2023-cü il tarixində təşkil ediləcəkdir. İmtahan ödənişlidir və tələbə tərəfindən qarşılanır. İmtahanda iştirak etmək üçün qeydiyyat tarixi 12 iyun – 7 iyul 2023-cü il tarixləridir (Türk dili sertifikatı üzrə imtahan Yunus Emre Mərkəzi tərəfindən keçiriləcəkdir).
-Akademik ortalama minimum 72
-maksimum 2 kəsr
Tələb olunan sənədlər:
-Pasport surəti
-Transkript
-CV (Europass)
-Motivasiya məktubu (türk dilində)
-C1 türk dili sertifikatı
Qeyd 1: Nəqliyyat, yerləşmə və qidalanma xərcləri tələbə tərəfindən ödəniləcəkdir.
Qeyd 2: İkili Diplomda təhsil almaq üçün əlavə ödənişə ehtiyac yoxdur.
Son müraciət tarixi: 5 iyul 2023-cü il (Beynəlxalq əlaqələr şöbəsi)
Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.
Azərbaycanca