Yade Tətbiqi Elmlər Universiteti DAAD proqramı çərçivəsində mübadilə imkanını elan edir
14.06.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 646
Yade Tətbiqi Elmlər Universiteti DAAD proqramı çərçivəsində mübadilə imkanını elan edir

Hörmətli tələbələr,

Almaniya Fedarativ Respublikasının Yade Tətbiqi Elmlər Universiteti DAAD proqramı çərçivəsində mübadilə imkanını elan edir.

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin Turizm işinin təşkili ixtisasının I və II kurs tələbələri təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər.

Maliyyə şərtləri:

-Alman dili yay məktəbində iştirak edildiyi halda 5030 avro hər tələbəyə təqaüd veriləcəkdir.

-Alman dili yay məktəbində iştirak edilmədiyi halda yay məktəbində iştirakın məbləği ümumi məbləğdən çıxılacaqdır.

Tələb olunan sənədlər:

-Pasport surəti

-Transkript – Azərbaycanca

-CV (Europass) – İngiliscə

-Motivasiya məktubu (ingilis dilində)

Qeyd: 2 nəfər tələbənin iştirakı nəzərdə tutulub.

Son müraciət tarixi: 20 iyun 2023-cü il (Beynəlxalq əlaqələr şöbəsi)

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.