Yade Tətbiqi Elmlər Universiteti tərəfindən tələbələr üçün “Yay Alman dili” kursları təşkil olunacaq
12.06.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 628
Yade Tətbiqi Elmlər Universiteti tərəfindən tələbələr üçün “Yay Alman dili” kursları təşkil olunacaq

Hörmətli ATMU tələbələri,

Yade Tətbiqi Elmlər Universiteti tərəfindən tələbələr üçün 31 iyul - 25 avqust 2023-cü il tarixlərində “Yay Alman dili” kursları təşkil olunacaq.

Maliyyə şərtləri:

Kursun ödənişi 580 avrodur

* Ödənişə dərslər üçün xərclər və qismən sahə səfərləri üçün xərclər daxildir. Yaşayış və yemək xərcləri daxil deyil.

Qeydiyyat zamanı 120 Avro qeydiyyat haqqı ödənilməlidir. Qalan məbləğ kursun başlamasına 4 həftə qalmış köçürülməlidir.

Son müraciət tarixi: 16 iyun 2023-cü il.

Qeydiyyat üçün:

https://www.jade-hs.de/.../german-summer-course/application/

Əlavə məlumat üçün:

https://www.jade-hs.de/.../learning-german-in-germany/

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.