SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.06.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 283
ATMU-da “PİCASP” layihəsi çərçivəsində tədbir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) hotelçilik və mədəni-tarixi turizm istiqaməti üzrə MOOC (Kütləvi açıq onlayn kurslar) formatında dərslərin təşkilinə start verilib. Bununla əlaqədar mentor və professor-müəllim heyətinin iştirakı ilə keçirilmiş görüş zamanı əsasən müvafiq sahələr üzrə videodərslərin çəkilişi, dərs materiallarının platformaya yüklənməsi və ATMU tələbələrinin təlimlərdə iştirakı müzakirə olunub. Qeyd edək ki, MOOC platformasının yaradılması və mentorların bu prosesdə iştirakı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” adlı layihə çərçivəsində olacaq.

Layihənin davamında onlayn dərslərin təşkili, innovativ metodlardan istifadə edilməsi ilə əlaqədar akademik heyətə metodiki dəstəyin göstərilməsi kimi məsələlər də nəzərdə tutulub.

ATMU-nun Keyfiyyət təminatı şöbəsi tərəfindən təşkil olunan görüşdə Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəri Bahar Dadaşova və “Azərxalça” ASC-nin Kreativ direktoru Əsmər Babayeva, ATMU-nun professor-müəllim heyəti iştirak edib.