SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 233
ATMU-nun əməkdaşı Avropanın EFMD təşkilatında keçirilən təlim-seminarlarda iştirak edir

Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşı olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti səfər 03 iyul 2023-cü il tarixində Belçikanın Brüssel şəhərinə baş tutub. ATMU-nu Karyera və Kommunikasiya şöbəsinin müdiri, “ECAR” layihəsinin universitet üzrə koordinatoru Səidə Məmmədova təmsil edir. Layihə konsorsiumunun üzvü olan 18 ali təhsil müəssisəsinin nümayənədələri Avropanın nüfuzlu EFMD təşkilatında 5 gün müddətində müxtəlif təlim-seminarlarda iştirak edəcəklər.

Səfərin ilk günündə layihənin koordinatoru Gülşən Bayramova və EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Dr. Christophe Terrasse açılış nitqi ilə çıxış ediblər. Daha sonra Christophe Terrasse EFMD təşkilatının fəaliyyəti barədə geniş təqdimat nümayiş etdirib. Növbəti təqdimatda isə Jean-Baptiste Maillard EFMD təşkilatının beynəlxalq layihələrdəki böyük təcrübələrini Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə bölüşüb. Məhsuldar günün yekun təqdimatları isə ali təhsil müəssisələrinin marketinq və kommunikasiya strategiyalarının, eləcə də EFMD-nin bu istiqamətdəki təcrübələrinin, o cümlədən dövri nəşrlərinin müzakirəsinə həsr edilib.