SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 234
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tədbirdə çıxış edib

Liv Bona Dea Hospital və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı keçirilib.

Möhtəbər tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək sağlamlıq turizminin inkişafına dəstək vermək üçün Universitetdə görülən işlərdən danışıb. Eyni zamanda mövcud imkanlardan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb.

Konfransda adı çəkilən ölkələrin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, o cümlədən millət vəkilləri, müvafiq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Tədbirin başılca qayəsi post-pandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu,beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi məsələlərindən ibarət idi.