SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 102
Ali məktəblərin karyera mərkəzləri əməkdaşlarının görüşü faydalı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə keçirilən tədbirə Azərbaycan universitetlərindən 15 ali təhsil müəssisəsinin karyera mərkəzlərinin əməkdaşları qatılıb. Tədbirin gedişatında Azərbaycan Universitetlərinin Karyera Mərkəzləri Şurasına universitetlərin karyera mərkəzlərindən seçiləcək şəxslərin əsas meyarları, ixtisas seçimini yayınlayan birbaşa canlı bağlantının təşkili, “Alo Karyera” və “Ayın mərkəzi” layihəsinə münasibət sərgilənib. Növbəti tədris ilini əhatə edən fəaliyyət proqramının müzakirəsi zamanı bir sıra təkliflər irəli sürülüb.

Tədbirdə ATMU-nu Karyera və Kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva təmsil edib.