Azərbaycan Turizm və Menecment Universiteti
Dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə
ELAN EDİR:
Turizm və qonaqpərvərlik fakültəsi üzrə -1 yer
Menecment kafedrası üzrə -1 yer
Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10:00-16:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər hr@atmu.edu.az mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
- Rektorun adına ərizə;
- Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə);
- Tərcümeyi-hal;
- Şəxsiyyət vəsiqəsinin surəti.
- Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Dekan və kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması;
Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.
Telefon: 564-42-33 (daxili - 115)
Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Rektorluq
Azərbaycanca