
Erasmus+ proqramı çərçivəsində ATMU-da təhsil alan PhD tələbələrinin bir semestr müddətində İspaniya Krallığının Valladolid Universitetində tədqiqat işinin aparılması ilə bağlı elan verilib.
Tələblər:
1.- Bu çağırış həm 2022-2023, həm də 2023-2024-cü tədris illərində ATMU-da rəsmi doktoranturaya qəbul olmuş tələbələr üçün açıqdır.
2.-Seçiləcək tələbənin ATMU-dakı təhsili aşağıda göstərilmiş linkdəki kurslara uyğunluq təşkil etməlidir. https://uvamobplus2.uva.es/publico/courses
Son 7 ay müddətində Erasmus+ iştirakçısı olan şəxslərin müraciəti qəbul edilməyəcəkdir.
Lazımi sənədlər:
- Pasport və ya milli şəxsiyyət sənədi
- Tərcümeyi hal. EUROPASS şablonu tövsiyə olunur
- Tövsiyə məktubu
- Rəsmi akademik sənəd (Transkript)
- ATMU-da PhD proqramına qəbul (tələbələr) haqqında sənəd
- Dil səviyyəsi sertifikatı
- Ev müəssisəsinin akademik və inzibati məsul şəxsi tərəfindən imzalanmış Mobillik Təklifi (həyata keçirilməli iş planı)
- Motivasiya məktubu
- Xüsusi ehtiyacları olan ərizəçilər halda, ərizəçilər qeyd olunan vəziyyəti öz ölkələrində akkreditasiya etmək üçün tələb olunan sənədləri yükləməlidirlər.
- Qrantlar məsələsində vergi və milli sığorta öhdəliklərinə uyğunluq bəyannaməsi. Bu bəyannamə ərizəçi tərəfindən imzalanmalıdır.
Maliyyə öhdəliyi:
- Erasmus+ layihəsi çərçivəsində qəbul görmuş PhD tələbəsinə təqaüd veriləcəkdir.
Əlavə məlumat:
- Müraciət etmək istəyən şəxslərin https://forms.office.com/r/Zns0ixtxnj formu doldurmaqları xahiş olunur.
- Əlaqə məlumatları: international@atmu.edu.az
- Telefon: +994 12 564 42 33 (122)
Son müraciət tarixi 15 sentyabr 2023-cü il
Formu dolduran şəxslər ilə e-mail üzərindən əlaqə saxlanılıb ətraflı məlumat veriləcəkdir.