SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 386
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə istehsalat təcrübəsində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 73 nəfəri cari tədris ilində Türkiyənin Antalya şəhərində “Job Türkiye” və “Summer Tour” şirkətinin dəstəyilə gerçəkləşən istehsalat təcrübəsini uğurla davam etdirirlər. Antalyada təcrübə imkanı qazanan universitet tələbələrindən əksəriyyəti “Rixos Premium Belek Hotel”, “Voyage Belek Golf & Spa Hotel”, “Selectum Family Side Hotel”, “The Land of Legends Hotel” və s. 5 ulduzlu nüfuzlu otellərdə, 16-isə “Summer Tour” şirkətində peşəkar vərdişlərə yiyələnirlər. Yaxşı haldır ki, Azərbaycan Turizm və Menecment Universitetinin müvafiq strukturları,eyni zamanda istehsalat təcrübəsi mərhələsində də keyfiyyət amilinin təmini və uyğun metodların işlənib hazırlanması məsələsinə xüsusi səy göstərirlər.

Qeyd edək ki, bugünlərdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən universitet tələbələrinin iş və yaşayış şəraiti ilə tanış olublar. Müəssisə rəhbərləri ilə işgüzar görüşlərə qatılıblar.