SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 290
ATMU tələbələri beynəlxalq tədbirdə iştirak ediblər

Özbəkistan Respublikasının Kokand şəhərində “Türkdilli gənclərin Festivalı” adlı beynəlxalq tədbir olub.

Adıkeçən festivala Özbəkistan Respublikasının tanınmış incəsənət xadimləri, iş adamları, təhsil sektorunun mütəxəssisləri, müxtəlif türkdilli ölkələrin,o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri də qatılıblar.

Mədəni mübadilə, turizm sektorunun inkişafı və əməkdaşlığın daha da möhkəmləndirilməsini şərtləndirən ”Türkdilli gənclərin Festivalı”adlı beynəlxalq tədbir iştirakçıları Kokand şəhərinin tarixi yerlərinə ekskursiya ediblər.