SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.09.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 358
“Çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans

7-8 sentyabr 2023-cü il tarixlərində Dost Agentliyinin “Çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans baş tutdu. Konfransın ilk günündə əvvəlcə DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunan hesabat xarakterli videoçarx nümayiş olunub. Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir.

Konfransda həmçinin “Könüllü DOST” proqramının uğurlarından bəhs olunub. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, DOST Agentliyinin 13 beynəlxalq mükafata və sertifikata (Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı, Mükəmməllik Sertifikatları və s.) layiq görüldüyü, bir çox ölkələrin DOST təcrübəsini tətbiq etməyə maraq göstərdiyi vurğulanıb. Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurlarının təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib.

Qeyd olunub ki, DOST modelinin unikallığı, qazanılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu Konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Daha sonra “Vahid platforma konsepsiyasında idarəetmə modelləri” və “Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya” plenar iclasları baş tutub. Hər iki iclasda yerli və beynəlxalq ekspertlərin təqdimat və çıxışları olub, mövzu üzrə müzakirə və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin ikinci günü Heydər Əliyev Mərkəzində yerli və xarici nümayəndələrin iştirakı ilə 3 panel müzakirə ilə davam edib. Konfransda Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və universitetin Karyera və Kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva iştirak ediblər.