SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.09.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 269
"Trasnsmilli Tərəfdaşlığın Gücləndirilməsi üçün Universitetlər üçün Təlim və Resurslar (TRUST)" adlı layihə

Erasmus Tələbə Şəbəkəsi (ESN Azerbaijan) "Erasmus+" Tələbələr və Məzunlar Alyasının (ESAAeu) dəstəyi ilə 11-13 sentyabr 2023-cü il tarixlərində "Trasnsmilli Tərəfdaşlığın Gücləndirilməsi üçün Universitetlər üçün Təlim və Resurslar (TRUST)" adlı layihə çərçivəsində tədbir keçirilib. Adıkeçən tədbirdə   ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova iştirak edib.

3 gün davam edən təlimdə başlıca mövzu Universitetlərin Beynəlmiləlləşməsi istiqamətində əlaqələrin qurulması (Beynəlxalq kredit mobilliyi, akademik və inzibati mobilliyin artırılması və s.), Ali təhsildə potensialın gecləndirilməsi (CBHE) və Jean Monnet fəaliyyətləri, transmilli tərəfdaşlıq haqqında treninqlərin təşkili məsələsi idi.  Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Marmara Universiteti və Ukraniyanın Mariupol Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi əməkdaşlarının qatıldığı müzakirələr faydalı olub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.