SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.09.2023
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 190
ATMU tələbələri Hindistanda istehsalat təcrübəsindən faydalanacaqlar

ATMU tələbələri Hindistanda istehsalat təcrübəsindən faydalanacaqlar

      Hindistan Respublikasının ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri cənab Sridharan Madhusudhanan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub. ATMU-nun rektoru İlham Mədətov ölkələrimiz arasındakı mövcud əlaqələr müstəvisində təhsil sahəsinin də önəmli yer almasından məmnunluğunu bildirib. Universitetdə tədris prosesinin təşkili və beynəlxalq əlaqələrin qurulmasından bəhs edən İ.Mədətov  turizm təhsili üzrə ikitərəfli əməkdaşlığın əhəmiyyətinə münasibət bildirib. Hindistan Respublikasında  turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri və eləcədə  beynəlxalq təhsil layihələri çərçivəsində mümkün   əməkdaşlıq imkanları, ATMU tələbələrindən ötrü bu əcnəbi ölkənin turizm sənayesi obyektlərində istehsalat təcrübəsinin təşkili  məsələsi iştirakçılar tərəfindən müsbət dəyərləndirilib. Təhsil sahəsində səmərəli əlaqələrin inkişafına əminlik ifadə olunub.