Biznes Keys Müsabiqəsi
13.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 253
Biznes Keys Müsabiqəsi

Hörmətli tələbələr,

Sizləri 2006-cı ildən etibarən ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsinə (Azerbaijan Business Case Competition) qoşulmaq üçün Business Academy 2020 tərəfindən 1 noyabr tarixindən etibarən ödənişsiz olaraq keçiriləcək 5 onlayn sessiyadan ibarət təlimə qoşulmağa dəvət edirik.

Hər il tanınmış beynəlxalq təşkilatlarla birgə keçirilən Biznes Keys Müsabiqəsi gələcək liderlərin biznes idarəçilik vərdişlərinin, analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində əvəzsiz rol oynayır. Müsabiqədə uğur qazanan namizədlər xüsusi mükafatlara layiq görülür.

Təlimə ingilis dilini sərbəst bilən 3-cü və 4-cü kurs bakalavr və hər iki kurs üzrə təhsil alan magistr tələbələri müraciət edə bilərlər.

Müraciətlər fərdi olaraq qəbul olunur. İngiliscə CV (ÜOMG və auditoriyadan kənar fəaliyyətlər qeyd olunmalıdır) və motivasiya məktubunuzu pm.abcc@gmail.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təlimdə iştirak üçün uyğun namizədlər CV əsasında seçiləcək.

Qeyd: CV-lərinizi müasir tələblərə uyğun hazırlamaq üçün ATMU-nun Karyera və kommunikasiya şöbəsinin məsul əməkdaşı Aida Bayramovaya (a.bayramova@atmu.edu.az) müraciət edə bilərsiniz.

Son müraciət tarixi: 15 oktyabr 2020-ci il.

Müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün və əlavə suallarınız yarandığı halda, Azərbaycan Biznes Keys Müsabiqəsinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/azerbaijanbusinesscasecompetition/posts/1630684570439148) müraciət edə bilərsiniz.