SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
04.10.2023
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 170
Karyera günü

3 oktyabr 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin dəstəyi və Holiday İnn Baku Hotelinin təşkilatçılığı ilə universitetdə Karyera Günü keçirildi.

Görüşdə Holiday İnn Baku Hotelinin İnsan resurları şöbəsinin mütəxəssisi  Nabat Qədimova , həmin şöbənin koordinatoru Murad Sultanov , ATMU-nun Karyera və Kommunikasiya şöbəsinin əməkdaşları, tələbələr və məzunlar iştirak etdi.

Cəlb edilmiş şəxslər sırasında əsasən Universitetin tələbə və məzunları, gənclər yer alıb.      

İşəgötürən tərəfindən təqdim olunan vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

Əlavə olaraq, qeyd edək ki, görüşdə Holiday İnn Hotelinin “Front Office”, “Food & Beverage”, “Housekeeping”, “Kitchen”, “Finance” və s. şöbələri üzrə təqdim olunan vakansiyalara ümumi 40 nəfər müraciət edib.